Yazını böyüt
Yazını kiçilt
İsrailin Qəzza zolağının şimalında qaçqınlar üçün sığınacaq kimi fəaliyyət göstərən məktəbə endirdiyi hava zərbəsi nəticəsində qadın və uşaqlar da daxil olmaqla azı 15 nəfər həlak olub. Təcavüzün hədəfinin Cəbəliyyədəki qızlar üçün orta məktəb olduğu vurğulanır.
Hafta.az xəbər verir ki, bu haqda “Əl-Cəzirə” məlumat yayıb.
Faciə sübh vaxtı, insanlar hələ də yatarkən baş verib. Bundan əlavə, eyniadlı zolağın paytaxtında, eləcə də Rəfahdakı yaşayış məntəqələri yenidən zərbəyə məruz qalıb. Xüsusilə, zərbələr Ən-Nüseyrat qaçqın düşərgəsinə endirilib. Mart ayında İsrail atəşkəsi pozaraq Fələstin anklavında aktiv döyüşləri bərpa edib, o vaxtdan bəri 2,5 mindən çox insanın ölümünə və 7,5 mindən çox insanın yaralanmasına səbəb olub.